Aİ səfirləri Ukraynaya kreditlərin verilməsi üçün Rusiya aktivlərindən istifadəyə dair razılığa gəldilər

Aİ səfirləri Ukraynaya kreditlərin verilməsi üçün Rusiya aktivlərindən istifadəyə dair razılığa gəldilər






presstv

"Presstv"az #Audi, #Avropa, #Avropa İttifaqı (Aİ), #Avropa Komissiyası, #Belçika, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa İttifaqı (Aİ) ölkələrinin daimi nümayəndələri Ukraynaya reparasiya kreditlərinin verilməsi üçün dondurulmuş Rusiya aktivlərindən istifadə edilməsi ilə bağlı qərarı razılaşdırıblar.

presstvaz-ın xəbərinə görə, bu barədə “Politico” nəşri məlumat verib.

Məlumata görə, bu qərar oktyabrın 23-də blok ölkələri liderlərinin sammitində təsdiqlənə bilər.

Bildirilib ki, Aİ-nin daimi nümayəndələri oktyabrın 23-də keçiriləcək sammitin yekun qərarlarının qaralamasını “qeyri-rəsmi şəkildə razılaşdırıblar”. Uzun müddət bu ideyaya skeptik (şübhə ilə) yanaşan Belçika nümayəndəsi qaralama mətnini Avropa Komissiyası üçün “hərəkətə keçməsinə dair siyasi siqnal” adlandırıb.

Nəşr izah edir ki, məhz komissiya Rusiya aktivlərinin istifadəsi üzrə konkret hüquqi mexanizmi işləyib hazırlamalı olacaq, lakin yalnız Aİ liderləri sammitdə təşəbbüsü təsdiq etdikdən sonra işə başlaya bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv