Kazım Qəribabadi: “İran və Azərbaycan münasibətlərin inkişafı üçün dialoqu önəmli hesab edir”

Kazım Qəribabadi: “İran və Azərbaycan münasibətlərin inkişafı üçün dialoqu önəmli hesab edir”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Cənubi Qafqaz, #DNT, #İran, #Tehran, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İran və Azərbaycan münasibətlərin inkişafı üçün dialoqu önəmli sayır.

presstvaz xəbər verir ki, bu barədə “X” hesabında İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi paylaşım edib.

O bildirib ki, hər iki ölkə fikir ayrılıqlarının aradan qaldırılmasında dialoqu ən düzgün yol hesab edir.

Nazir müavini əlavə edib ki, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, Xəzər dənizi bölgəsində əməkdaşlıq, Cənubi Qafqazda sülh və sabitlik, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) çərçivəsində əməkdaşlıq kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Onun fikrincə, İran və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş potensial mövcuddur. O, dini, mədəni və qonşuluq əlaqələrinin əməkdaşlıq üçün mühüm imkanlar yaratdığını vurğulayıb.

Tərəflər bildiriblər ki, hökumətlər arasında yaranan fikir ayrılıqları münasibətlərin dərinləşdirilməsi ilə aradan qaldırıla bilər.

Xatırladaq ki, oktyabrın 20-də İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Tehranda Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv