Bakıda 1,4 milyonluq dələduzluq edən şəxsin cəzası azaldıldı

Bakıda 1,4 milyonluq dələduzluq edən şəxsin cəzası azaldıldı






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Bakı Apellyasiya Məhkəməsi, #Mobil telefon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Apellyasiya Məhkəməsində 1987-ci il təvəllüdlü Fəxrəddin Cavanşirovun barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

presstvaz Pravda.az-a istinadən xəbər verir ki, sonuncu iclasda qərar elan olunub.

Qərara əsasən, zərərçəkmiş şəxslərdən birinin hüquqi varisinin nümayəndəsinin və təqsirləndirilən şəxsin apellyasiya şikayətləri təmin edilməyib, eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli hökmü dəyişdirilib. Belə ki, onun 9 il 10 ay 5 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 7 il 10 ay 5 günə endirilib.

İttihama görə, Fəxrəddin Cavanşirov vətəndaşlardan biznes qurmaq adı ilə müvafiq olaraq 630 min, 196 min, 268 min, 120 min, 133 min manat alaraq ələ keçirməsi məlum olub.

İş üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Məlum olub ki, Fəxrəddin özünü bacarıqlı, uğurlu biznesmen kimi təqdim edib və aldatdığı şəxslər bir-biri ilə qohum olub. O, yaxşı münasibətdə olduğu həmin insanlara özünü xaricdən idxal etdiyi mobil telefon aparatları, mobil telefon aksessuarları və bahalı qol saatlarının alqı-satqısı ilə məşğul olan peşəkar ticarətçi kimi təqdim edib. Tanışlarına deyib ki, əgər sərmayə olaraq külli miqdarda pul verərlərsə, onları da öz biznesinə şərik edərək, qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir götürəcəklər. Bu cür yalan vəd verməklə onları aldadıb.

F.Cavanşirova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.

Qeyd: Fəxrəddin Cavanşirov 2021-ci ildə də 165 min manatlıq dələduzluq işinə görə həbs edilmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv