“Azercell”in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” son üç ay ərzində 1094 müraciət qeydə alıb

“Azercell”in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” son üç ay ərzində 1094 müraciət qeydə alıb






presstv

"Presstv"az #Ailə, #Audi, #Azercell, #Azərbaycan, #Məişət zorakılığı, #Psixoloq, #Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, #Sosial şəbəkələr, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azercell Telekom”un dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti” (QDX) 2025-ci ilin iyul-sentyabr ayları ərzində ümumilikdə 1094 müraciət qəbul edib.

Müraciətlər arasında psixoloji dəstək (366), hüquqi yardım (181), məişət zorakılığı halları (130) və boşanma prosesində yaşanan çətinliklərlə (116) əlaqədar sorğular üstünlük təşkil edib. Eyni zamanda, sığınacaq təminatı (76), təhsil məsələləri (69), sosial və maddi rifah problemləri (44) və səhiyyə hüquqlarının təmin olunması (14) ilə bağlı sorğular cavablandırılıb. Digər müraciətlər (98) isə ümumi xarakterli sualları, xidmət haqqında məlumat sorğularını və müxtəlif istiqamətli mövzuları əhatə edib.

Hesabat dövründə xidmətin psixoloqlar, hüquqşünaslar və sosial işçilərdən ibarət peşəkar komandası müraciətçilərlə fərdi şəkildə görüşərək onların ehtiyaclarına uyğun dəstək göstərib. Zəruri hallarda qadınlar hüquqi məsləhət, tibbi yardım və sosial müdafiə imkanlarından yararlanmaq üçün müvafiq dövlət qurumlarına, reabilitasiya mərkəzlərinə və sığınacaqlara yönləndirilib.

2022-ci ildə “Azercell”in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin tərəfdaşlığı ilə fəaliyyətini davam etdirir. Xidmətin əsas məqsədi zorakılıq hallarında operativ və kompleks psixososial yardım göstərmək, qadınların reabilitasiyasını və cəmiyyətə reinteqrasiyasını təmin etməkdir. Bu məqsədlə QDX icma əsaslı hüquq klinikaları, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir.

24/7 rejimdə fəaliyyət göstərən “Qadın Dəstək Xətti” ilə 116111 qısa nömrəsi, “Facebook” və “Instagram” sosial şəbəkələri vasitəsilə əlaqə saxlamaq mümkündür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv