Yaxın Şərqdə etimad böhranı: Diplomatiya müharibəyə niyə uduzur?

Yaxın Şərqdə etimad böhranı: Diplomatiya müharibəyə niyə uduzur?






presstv

"Presstv"az #ABŞ, #Audi, #Hadisə, #İsrail, #Misir, #Müharibə, #Münaqişə, #Qəzza, #Təl-Əviv, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Misirdə keçirilən Yaxın Şərq Sülh Sammiti bölgədə diplomatik ümidləri bir qədər artırsa da, Qəzzada atəşkəsin yenidən pozulması göstərdi ki, bölgədə vəziyyət hələ də çox kövrəkdir. ABŞ-nin vasitəçiliyi ilə əldə olunan razılaşmanın belə uzunömürlü olmaması ehtimalı həm tərəflər arasında etimad böhranını, həm də regionda geosiyasi maraqların sülhdən üstün tutulduğunu bir daha təsdiqləyir. Hazırkı durum göstərir ki, hər iki tərəf “siyasi güzəşt” mərhələsinə keçməyə hazır deyil, müharibə ritorikası diplomatik təşəbbüslərə qalib gəlməkdə davam edir.

Yaxın Şərqdə etimad böhranı: Diplomatiya müharibəyə niyə uduzur?

İsrail Müdafiə Ordusunun HƏMAS hədəflərinə endirdiyi zərbələr və artilleriya atəşi bölgədə hərbi əməliyyatların yeni mərhələyə keçə biləcəyi ehtimalını gücləndirir. Rəsmi Təl-Əviv HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edir, HƏMAS isə öz növbəsində insidentlə əlaqəsinin olmadığını bildirir. Bu qarşılıqlı bəyanatlar atəşkəsin taleyini sual altına alır və tərəflər arasında inamsızlığın dərinləşdiyini göstərir. Lakin bu hadisənin kökündə daha dərin səbəblər dayanır. İllərdir davam edən qarşılıqlı etimadsızlıq, tərəflərin bir-birini “mövcudluğuna təhdid” kimi görməsi, habelə siyasi inam mexanizmlərinin olmaması atəşkəsi davamlı saxlamağa imkan vermir. Ona görə də hər iki tərəf üçün silah sükutdan daha güclü siyasi arqumentə çevrilib. Bu hadisələr göstərir ki, Yaxın Şərqdə sülh təşəbbüsləri yalnız diplomatik bəyanatlarla deyil, qarşılıqlı etimad və davamlı beynəlxalq zəmanətlə möhkəmlənməlidir. Hazırkı reallıq isə əksinə, “sülh dili”nin hələlik “silah dilinə” uduzduğunu göstərir.

Yaxın Şərqdə etimad böhranı: Diplomatiya müharibəyə niyə uduzur?

Bu baxımdan, Yaxın Şərqdə sülh prosesinin gələcəyi hazırda ciddi sual altındadır. İsrail və HƏMAS arasında etimad mühiti mövcud olmadığı üçün atəşkəsin yenidən bərpası da yalnız qısamüddətli nəticə verə bilər. Vasitəçilik cəhdləri mühüm olsa da, onlar bölgədə dayanıqlı mexanizm yarada bilmirlər. Çünki tərəflərdən heç biri uzunmüddətli siyasi güzəştə hazır deyil. İsrail üçün əsas prioritet HƏMAS-ın hərbi infrastrukturunun tam zərərsizləşdirilməsidir. HƏMAS isə bu strategiyanı “müqavimətə son qoymaq cəhdi” kimi qəbul edir. Bu ziddiyyət, sülh danışıqlarının hər dəfə eyni nəticəsiz mərhələyə qayıtmasına səbəb olur. Bütün bunlar onu göstərir ki, bölgədə real sülh yalnız tərəflər “təhlükəsizlik” və “legitimlik” anlayışlarını bir-birinə qarşı yox, bir-birini tamamlayan dəyərlər kimi qəbul etdikdə mümkündür. Əks halda, diplomatiya prosesi yalnız fasiləli münaqişələrlə müşayiət olunan dırnaqarası atəşkəs dövrü kimi yadda qalacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv