Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir

Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Bakı Hərbi Məhkəməsi, #Cinayət işi, #Ermənistan, #Hakim, #Müharibə, #Müharibə cinayətləri, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Oktyabrın 17-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

presstvaz xəbər verir ki, məhkəmə iclasında təqsirləndirilən şəxslər Arayik Arutyunyan, Bako Saakyan, David Babayan və digərlərinin bir sıra internet resurslarına müsahibələri, keçirdiyi görüşlərdə açıqlamaları və səsləndirdiyi fikirlər, eləcə də sosial şəbəkələrdə paylaşımları əsasında sənədlər tədqiq olunub.

Sənədlərə əsasən, həmin müsahibələrdə, açıqlamalarda, çıxışlarda, paylaşımlarda xalqlar arasında etnik, milli və dini düşmənçiliyin yayılmasına zəmin yaradan çağırışlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi əleyhinə çıxışlar və digər cinayət xarakterli məlumatlar, habelə müharibəyə və terrorçuluq törədilməsinə dair çağırışlar əksini tapıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çox sayda cinayət törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv