Deputat: “Yeni qanun layihəsi qəbul olunandan sonra boşluqlar aradan qalxacaq”

Deputat: “Yeni qanun layihəsi qəbul olunandan sonra boşluqlar aradan qalxacaq”






presstv

"Presstv"az #Audi, #Hadisə, #Milli Məclis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsində “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib.

presstvaz xəbər verir ki, komitənin üzvü Nigar Məmmədova iclas zamanı çıxış edərək bu istiqamətdəki boşluqlardan danışıb.

“Bu istiqamətdə uzun müddət müəyyən boşluqlar görmüşük. Burada da istər sığorta şirkətləri, istəmə məhkəmə orqanları, istərsə də tibbi komissiyalar tərəfindən fikir ayrılıqları mövcud olub. Bu qanun layihəsi qəbul olunandan sonra boşluqlar aradan qalxacaq”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, qaydalar gələcəkdə operativliyi təmin edəcək:

“Bu gün dövlət orqanlarında rəqəmsallaşma və elektornlaşma geniş vüsət alır. Bu baxımdan da tibbi komissiyalar tərəfindən verilən qərarların da rəqəmsallaşmasını da məqsədə müvafiq sayıram. Çünki bu qərarlar tibbi komissiyalar tərəfindən nə qədər tez rəqəmsallaşsa, vətəndaşların məmnunluğuna gətirib çıxaracaq, həm işə götürənin məsuliyyətini artıracaq, həm vətəndaşın məmnuniyyətini artıracaq, həm də şəffaflığı artıracaq. Çünki vətəndaş prosesi izləyə biləcək”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv