Qarın üstündə yatmağın təhlükəsi: Braziliyalı həkimdən XƏBƏRDARLIQ

Qarın üstündə yatmağın təhlükəsi: Braziliyalı həkimdən XƏBƏRDARLIQ






presstv

"Presstv"az #Audi, #bel ağrıları, #Braziliya, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qarın üstündə yatmaq vərdişi orqanizm üçün çox təhlükəlidir.

presstvaz “Terra” nəşrinə istinadən xəbər verir ki, bu barədə braziliyalı ortoped-cərrah Daniel Oliveyra danışıb.

Qeyd olunur ki, bu, boyun və bel ağrılarına səbəb ola bilər.

Həkimin sözlərinə görə, insan qarın üstündə yatdıqda, boynu dönmüş vəziyyətdə olur, bu da onurğanın boyun hissəsinə həddindən artıq yük yaradır. Bu, ağrıya, hərəkət məhdudluğuna və sinirlərin sıxılmasına gətirib çıxara bilər.

“Həmçinin bel nahiyəsinə yük artır, oyanandan sonra əllərdə keyimə və səhərlər ümumi narahatlıq hissinin yaranma riski yüksəlir”, – deyə həkim vurğulayıb.

Bundan əlavə, qarın üstündə yatarkən nəfəs almaq çətinləşir və daxili orqanlara təzyiq artır. Qarın üstündə yatmaq, xüsusilə, fəqərəarası yırtıqları, artrozu, tənəffüs və qan dövranı problemləri olan insanlar üçün təhlükəlidir. Hamilə qadınlara və əməliyyatdan sonra sağalma müddətində olan insanlara da kürək və yan üstündə yatmaq tövsiyə olunur.

“Yuxu zamanı bədən vəziyyəti birbaşa onurğa sağlamlığına təsir göstərir. Hətta vərdişlərdə kiçik dəyişikliklər ağrı və zədələnmələrin qarşısını almaqda böyük rol oynaya bilər”, – deyə Oliveyra qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv