“İzmir Restoran” qalmaqallı məhkəmə prosesində sakinlərə yenidən uduzdu

“İzmir Restoran” qalmaqallı məhkəmə prosesində sakinlərə yenidən uduzdu






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Apellyasiya Məhkəməsi, #Hakim, #Torpaq sahəsi, #Yasamal Rayon Məhkəməsi, #Yasamal Rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Yasamal rayonunda “İzmir Rezidence” yaşayış kompleksinin sakinləri ilə eyni ünvanda fəaliyyət göstərən “İzmir Restoran” arasında uzun müddət davam edən qalmaqallı növbəti məhkəmə prosesi başa çatıb.

presstvaz xəbər verir ki, bu barədə “İzmir Rezidence”in sakinlərinin hüquqlarını müdafiə edən vəkil Gülşən Salmanova məlumat verib.

Onun sözlərinə görə, proses Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə keçirilən sonuncu iclasla yekunlaşıb.

Məhkəmənin qərarına əsasən, Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında yerləşən 0.32875 hektar torpaq sahəsində fəaliyyət göstərən “İzmir Restoran”da axşam saat 23:00-dan səhər 07:00-dək musiqi səsləndirilməsi, canlı ifa və səs gücləndirici avadanlıqlardan istifadə qadağan edilib.

Eyni zamanda, səhər saat 07:00-dan axşam 23:00-dək restoran ərazisindən yayılan səsin səviyyəsinin 60 dBA-dan yuxarı olması cavabdehlər üçün qadağan olunub.

Vəkil qeyd edib ki, sakinlərin iddiasına əsasən, restoranın təşkil etdiyi şou-proqramlar və yüksək səslə yayımlanan musiqilər onların rahatlığını pozaraq normal yaşayışına mane olurmuş.

Restoran sahibləri isə obyektin 30 il əvvəl tikildiyini, yaşayış kompleksinin isə sonradan həmin ərazidə inşa olunduğunu əsas gətirərək iddiaları əsassız saymışdılar.

Xatırladaq ki, sözügedən mübahisə ilə bağlı 2024-cü ildə Yasamal Rayon Məhkəməsində restoranın səhər saat 07:00-dan axşam 23:00-dək maksimum 60 desibel səs səviyyəsini saxlamağa, 23:00-dan sonra isə musiqi fəaliyyətini tam dayandırmağa məcbur edilməsi ilə bağlı qətnamə qəbul edib.

Lakin sakinlərin iddiasına görə, “İzmir Restoran” bu qərarı icra etməyərək qətnamədən apellyasiya şikayəti də verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv