“Mastercard” və Göygöl Şərab Zavodu “Priceless” təcrübəsini yenidən Azərbaycana gətirdi

“Mastercard” və Göygöl Şərab Zavodu “Priceless” təcrübəsini yenidən Azərbaycana gətirdi






presstv

"Presstv"az #Audi, #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Oktyabrın 11-də qlobal ödəniş texnologiyaları liderlərindən biri olan “Mastercard” unikal və unudulmaz anlar təqdim edən “Priceless” təcrübəsi çərçivəsində növbəti tədbirini Azərbaycanda həyata keçirib.

“Priceless” hər zaman olduğu kimi, dəyərli və önəmli tədbirlər həyata keçirir: insanları birləşdirmək, ilhamlandırmaq və unudulmaz anlar bəxş etmək əsas məqsəddir.

Bu dəfə proqram çərçivəsində qonaqlar Azərbaycanın ən qədim və tanınmış şərab istehsalçılarından biri olan Göygöl Şərab Zavodunda unikal təcrübə yaşayıblar. Onlar Göygölün zəngin tarixi irsi ilə tanış olaraq, zavodun qədim şərab zirzəmilərini gəzib, 1860-cı ildən bu günədək qorunan ənənəvi istehsal prosesini yaxından izləyiblər.

Tur zamanı iştirakçılar 13 üzüm sortunun becərildiyi 518 hektarlıq bağlara baş çəkərək, zavodun mütəxəssislərindən məhsullar haqqında ətraflı məlumat alıblar. Axşam proqramı isə üzüm bağlarının mənzərəsi fonunda canlı musiqi və xüsusi bəzədilmiş açıq hava məkanında təşkil olunmuş şam yeməyi ilə davam edib. Qonaqlar Göygölün təbiətindən, brendin məhsullarının dequstasiyasından və “Priceless” ab-havasından zövq alıblar.

Bu əməkdaşlıq “Mastercard” və Göygöl Şərab Zavodunun birgə şəkildə Azərbaycanın mədəni irsinin, sənətkarlığın və paylaşılmış təcrübələrin dəyərinin önə çıxarılmasının bariz nümunəsi olub.

Qeyd edək ki, bu il Göygöl Şərab Zavodu özünün 165 illik fəaliyyət yubileyini qeyd edir – bu isə onun Azərbaycan şərabçılıq tarixindəki dərin köklərini və davamlı inkişafını bir daha təsdiqləyir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv