Şimali Kiprdə prezidentlik uğrunda səkkiz nəfər yarışacaq

Şimali Kiprdə prezidentlik uğrunda səkkiz nəfər yarışacaq






presstv

"Presstv"az #Anadolu, #Audi, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) oktyabrın 19-da keçiriləcək prezident seçkisinin ilk turunda mübarizə aparacaq 8 namizəd gərgin təşviqat dövrünə qədəm qoyub.

presstvaz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölkə başçısı seçilmək uğrunda əsas mübarizənin hazırkı prezident Ersin Tatar və ana müxalifət təşkilatı olan Cümhuriyyət Türkiyə Partiyasının (CTP) sədri Tufan Erhürman arasında gedəcəyi gözlənilir.

Şimali Kiprdə namizədlərin təbliğat və təşviqat dövrü oktyabrın 18-də başa çatacaq. Seçkinin birinci turunda 50 faizdən çox səs toplayan namizəd prezident seçilir. Namizədlərdən heç biri səs çoxluğu əldə etməzsə, ən çox səs toplamış iki iddiaçı yeddi gün ərzində keçiriləcək seçkilərin ikinci turunda iştirak edir.

İkinci turda ən çox səs toplayan namizəd prezident postunu tutmaq hüququ qazanır. Şimali Kiprdə prezident seçkisi 5 ildən bir keçirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv