Ərdoğan Qəzza razılaşmasını alqışlayıb

Ərdoğan Qəzza razılaşmasını alqışlayıb






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #İsrail, #Misir, #Qətər, #Qəzza, #Rəcəb Tayyib Ərdoğan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə HƏMAS və İsrail nümayəndələri arasında aparılan danışıqlardan sonra Qəzzada atəşkəsin əldə olunmasından məmnun olduğunu bildirib.

presstvaz xəbər verir ki, Türkiyə lideri bu barədə “X” sosial media hesabında yazıb.

“Şarm Əş-Şeyxdə keçirilən və Türkiyə olaraq bizim də töhfə verdiyimiz HƏMAS-İsrail danışıqlarının Qəzzada atəşkəslə nəticələnməsindən böyük məmnuniyyət duyuram”, – deyə o qeyd edib.

Ərdoğan İsrail hökumətinin atəşkəsə təşviq edilməsində zəruri siyasi iradə göstərən ABŞ Prezidenti Donald Tramp başda olmaqla, razılaşmanın nail olunmasına dəstək verən Qətər və Misirə də təşəkkür edib.

“Türkiyə olaraq razılaşmanın hər bəndinin yerinə yetirilməsini yaxından izləyəcək və prosesə töhfə verməyə davam edəcəyik”, – deyə Ərdoğan əlavə edib.

Qeyd edək ki, İsrail və HƏMAS sülh planının birinci mərhələsinə dair razılaşma imzalayıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv