Azərbaycanla Küveyt arasında strateji əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanla Küveyt arasında strateji əməkdaşlıq imkanları müzakirə olunub






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #İqtisadiyyat Nazirliyi, #Mikayıl Cabbarov, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Küveytin ticarət və sənaye naziri Xəlifə Abdullah Dhahi Al-Ajeel Al-Askar ilə görüşüb.

presstvaz xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə hər iki ölkənin iqtisadi əməkdaşlığının prioritet istiqamətləri nəzərdən keçirilib, ticarət və investisiyaların artırılmasının, biznes əlaqələrinin yeni təşəbbüs və layihələrlə şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın əlverişli biznes mühiti və sənaye zonalarında sərmayə imkanları barədə məlumat verilib. Su və tullantıların idarə edilməsi, nəqliyyat, kənd təsərrüfatı, bərpa olunan enerji və digər sahələrdə dövlət-özəl tərəfdaşlığı mexanizmi çərçivəsində əməkdaşlıq perspektivləri qeyd olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Küveyt Dövlətinə işgüzar səfəri çərçivəsində bu ölkənin neft naziri Tariq Süleyman Əhməd Al-Rumi ilə görüşüb.

Görüşdə ikitərəfli iqtisadi əlaqələrin gücləndiyindən məmnunluq ifadə olunub, ənənəvi və bərpa olunan enerji istiqamətində əməkdaşlıq, emal layihələrində iştirak perspektivləri dəyərləndirilib.

Azərbaycanın regional və qlobal enerji layihələrində uğurlu təmsilçiliyi, dayanıqlı iqtisadiyyata keçiddə resursların səmərəli idarə edilməsi barədə mövqeyi diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan uzun illərdir enerji sahəsində sabit tərəfdaş kimi çıxış edir və regionda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun “Alshaya Group” şirkətinin sədri Məhəmməd Alşaya ilə görüşündə qlobal biznes mühitində yeni imkanlar və innovativ həllər sahəsində potensial əməkdaşlıq və qabaqcıl təcrübələrin ölkəmizə transferi müzakirə olunub. Görüş zamanı Azərbaycanın əlverişli investisiya mühiti, regional bazarlara çıxış imkanları, turizm, ticarət və xidmət sektorlarının inkişaf perspektivləri barədə məlumat verilib.

“Alshaya Group”un pərakəndə ticarət, ictimai iaşə və xidmət sahələrində beynəlxalq təcrübəsinin Azərbaycanda tətbiqi, yerli biznes subyektləri ilə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov səfər çərçivəsində “Bukhamseen Group Holding Company” şirkətinin sədr müavini və baş icraçı direktoru cənab Emad Buxamsin ilə görüş keçirib.

Görüşdə Azərbaycanın inklüziv biznes mühiti və beynəlxalq şirkətlərlə tərəfdaşlığın inkişafı üçün stimullaşdırıcı tədbirlər barədə məlumat verilib, potensial sahələr üzrə əməkdaşlıq imkanları dəyərləndirilib. Qeyd edilib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet istiqamətdir və bu çərçivədə beynəlxalq tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa xüsusi önəm verilir.

Görüşdə qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.

16:31

İqtisadiyyat naziri Mikayıl Cabbarov Küveytə işgüzar səfəri zamanı bu ölkənin ticarət və sənaye naziri Xəlifə Abdullah Dhahi Al-Ajeel Al-Askar ilə görüşüb.

presstvaz xəbər verir ki, nazir bu barədə “X” hesabında paylaşım edib:

“Ölkələrimizin iqtisadi əməkdaşlığının prioritet istiqamətlərini nəzərdən keçirərək, qarşılıqlı ticarət və investisiyaların artırılmasının, biznes münasibətlərinin yeni təşəbbüs və layihələrlə şaxələndirilməsinin əhəmiyyətini vurğuladıq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv