İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Cənubi Qafqaz, #Ermənistan, #Hadisə, #İlham Əliyev, #İtkin düşmüş şəxslər, #Müharibə, #Münaqişə, #Silahlı münaqişə, #Vaşinqton, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Prezident İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

presstvaz President.az-a istinadən xəbər verir ki, müraciətdə deyilir:

“Sizi itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.

İtkin düşmüş şəxslər məsələsi dünyanı narahat edən mühüm bəşəri problemlərdən biridir. İllər keçdikcə bu problem aktuallığını itirməmiş, əksinə, daha kəskin xarakter almışdır. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə son iyirmi il ərzində itkin düşənlərin sayında 2024-cü ildə ən yüksək artım qeydə alınmış, həmin il münaqişə bölgələrində 57 minə yaxın insan itkin düşmüşdür. Bu, silahlı münaqişələr dövründə beynəlxalq hüquq normalarına məhəl qoyulmamasının acı nəticəsidir.

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə başlamış və 30 ildən artıq davam etmiş müharibənin doğurduğu humanitar faciələrdən biri də içərisində uşaqlar, qadınlar və ahılların olduğu 4000-dək azərbaycanlının itkin düşməsidir. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilmişdir. Məzarlıqlardan tapılmış meyitlərin qalıqlarının ekspertizası qətlə yetirilmiş azərbaycanlıların dəhşətli işgəncələrə məruz qoyulduqlarını sübut edir. Bu, çox ağır mənzərədir. İnsanların kütləvi şəkildə, işgəncə ilə öldürülməsi, qeyri-insani qaydada basdırılması və cinayətin izlərinin itirilməsi beynəlxalq hüquq normalarının ciddi pozuntusudur.

Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi daim qarşımızda duran önəmli vəzifələrdən olmuşdur. 1993-cü ildən Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Bu günə qədər müharibə dövründə itkin düşmüş 187 nəfərin şəxsiyyəti eyniləşdirilmiş və onlar dəfn edilmişlər.

2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması və sülh sazişinin paraflanması böyük tarixi hadisə olmaqla, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün yeni imkanlar yaradır. Sülh sazişinə münaqişə dövründə itkin düşmüş şəxslərlə bağlı xüsusi bir maddənin salınması məsələyə verdiyimiz önəmin təzahürüdür və sazişdə də təsbit olunduğu kimi bu şəxslərin taleyinə aydınlıq gətirilməsi tərəflər arasında barışıq və etimad mühitinin yaradılmasında əhəmiyyətli vasitədir. Bu baxımdan, Ermənistan tərəfi azərbaycanlıların qətlə yetirilərək basdırıldığı digər kütləvi məzarlıqların yeri barədə Azərbaycan tərəfinə məlumat verməlidir.

Azərbaycan dövləti itkin düşmüş şəxslər probleminə beynəlxalq birliyin diqqətinin artırılması üçün böyük səy göstərir. Artıq üçüncü dəfədir ki, ölkəmiz itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq tədbirə ev sahibliyi edir. Azərbaycan itkin düşmüş şəxslərlə bağlı BMT Baş Assambleyasında qətnamələrin qəbul edilməsi üzrə 2002-ci ildən təşəbbüslərlə çıxış etməklə, dövlətləri və beynəlxalq təşkilatları bu istiqamətdə lazımi tədbirlər görməyə təşviq edir. Zənnimcə, BMT bu sahədə səylərini daha da artırmalıdır.

Əminəm ki, bu konfrans çərçivəsində keçiriləcək müzakirələr itkin düşmüş şəxslər probleminin həlli istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəkdir.

Bir daha sizi salamlayır və konfransın işinə uğurlar arzulayıram”.

09:53

Prezident İlham Əliyev Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

presstvaz-ın məlumatına görə, müraciəti Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev səsləndirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv