Çində qadın yeddi qurbağa yedi, xəstəxanalıq oldu

Çində qadın yeddi qurbağa yedi, xəstəxanalıq oldu






presstv

"Presstv"az #Audi, #Çin, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çində bel ağrısını diri qurbağa yeməklə – xalq təbabəti sayılan metodla – müalicə etmək istəyən 82 yaşlı qadın xəstəxanalıq olub.

presstvaz xəbər verir ki, bu barədə “South China Morning Post” yazıb.

Uzun müddət fəqərəarası disk yırtığından əziyyət çəkən Cjan soyadlı pensiyaçı qadın bu qeyri-adi müalicə metodunun onun probleminin həllinə kömək edəcəyini eşidib. Bunun üçün oğlundan onun üçün qurbağa tutmasını xahiş edib, lakin ona canlını diri-diri yeyəcəyini deməyib.

Oğlu anasına insan ovucundan kiçik ölçüdə yeddi qurbağa gətirib. Qadın dərhal onların üçünü yeyib, ertəsi gün isə qalanlarını həzm-rabedən keçirib. Bundan bir gün sonra isə şiddətli qarın ağrısı ilə xəstəxanaya yerləşdirilib. Müayinə qadının orqanizmində parazitlərin qaynaşdığını göstərib.

Çjanı müalicə edən həkim U Çjunven bildirib ki, belə hallar ölkədə tez-tez baş verir: “Son illərdə bizə müraciət edən xalq təbabəti həvəskarlarının sayı artıb. İnsanlar təkcə diri qurbağa ilə müalicə olunmur, çiy ilan və balıq ödündən istifadə edir, qurbağaları dərilərinə qoyurlar. Belə pasiyentlərin çoxu ahıllardır. Onlar həkimə vəziyyətləri lap ağır olanda müraciət edirlər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv