Argentinanın “Boka Xuniors” klubunun baş məşqçisi ölüb

Argentinanın “Boka Xuniors” klubunun baş məşqçisi ölüb






presstv

"Presstv"az #Argentina, #Başsağlığı, #Futbol, #Həkim, #Vəfat edib, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Argentinanın “Boka Xuniors” futbol klubunun baş məşqçisi Migel Anxel Russo 69 yaşında vəfat edib.

presstvaz-ın xəbərinə görə, bu barədə klubun “X” hesabında məlumat verilib.

“Migel Anxel Russonun vəfatını “Boka Xuniors” dərin hüznlə elan edir. Migel klubumuzda unudulmaz iz qoyub və əbədi olaraq sevinc, hərarət və zəhmətkeşlik nümunəsi olaraq qalacaq”, – deyə məlumatda bildirilib.

Argentina Futbol Assosiasiyası Russonun ölümü ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, baş məşqçi bir neçə ildir xərçənglə mübarizə aparırdı, oktyabrın 6-da isə klub onun evdə ağır vəziyyətdə və həkim nəzarəti altında olduğunu açıqlamışdı.

Russo sonuncu dəfə 2025-ci ilin iyununda “Boka Xuniors”un baş məşqçisi təyin edilib. O, daha əvvəl 2007-ci və 2019-2021-ci illərdə də bu vəzifədə çalışıb. Onun rəhbərliyi altında klub Libertadores Kubokunu (2007), Argentina Futbol Çempionatını (2019-2020), Peşəkar Argentina Futbol Liqası Kubokunu (2020) və Argentina Futbol Kubokunu (2019-2020) qazanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv