“Kiss” qrupunun bas-gitaraçısı Simmons sükan arxasında huşunu itirib

“Kiss” qrupunun bas-gitaraçısı Simmons sükan arxasında huşunu itirib






presstv

"Presstv"az #ABŞ, #Avto, #Kaliforniya, #Nyu-York

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin məşhur “Kiss” rok-qrupunun bas-gitaraçısı Cin Simmons Kaliforniya ştatının Malibu şəhərində qəzaya düşüb.

presstvaz-ın məlumatına görə, bu barədə “NBC News” telekanalı xəbər verir.

Bildirilir ki, 76 yaşlı musiqiçi avtomobilini idarə edərkən huşunu itirib və dayanmış maşına çırpılıb.

Simmons xəstəxanaya yerləşdirilib, lakin tibbi müayinədən sonra evə buraxılıb.

Bas-gitaraçının özü telekanala bildirib ki, özünü yaxşı hiss edir.

“Kiss” qrupu 1973-cü ildə Nyu-Yorkda yaradılıb. Musiqiçilər parlaq səhnə obrazları, o cümlədən makiyajları, həmçinin effektli konsert şouları ilə tanınırlar. Kollektiv 46 illik tarixi ərzində 100 milyondan çox albom satıb. “Kiss”in ən məşhur mahnıları arasında “I Was Made for Lovin’ You”, “Strutter” və “Black Diamond” var. Qrup 2023-cü il dekabrın 2-də vida turunu Nyu-Yorkda konsertlə başa vurub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv