Bakıda fərdi yaşayış evində PARTLAYIŞ – Xəsarət alanın SON VƏZİYYƏTİ

Bakıda fərdi yaşayış evində PARTLAYIŞ – Xəsarət alanın SON VƏZİYYƏTİ






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Bakı, #Hadisə, #Nərimanov rayonu, #Nəsimi Rayonu, #Partlayış hadisəsi, #qaz sızması, #Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, #Təcili Tibbi Yardım, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.

presstvaz-ın xəbərinə görə bununla bağlı  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 8-i, saat 23:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonundan partlayış baş verməsi səbəbi ilə çağırış daxil olub.

“Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir şəxsə (qadın cinsli) ilkin tibbi yardım göstərilib, hər iki əlin və üzün termiki yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub”, – məlumatda vurğulanıb.\oxu.az/

08:24

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

presstvaz bildirir ki, bu barədə Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus fərdi yaşayış evinin mətbəxində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

01:13

Paytaxtın Nərimanov rayonunda baş verən partlayış hadisəsi fərdi yaşayış evinin mətbəxində olub.

presstvaz APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ev sahibi Afilya Göyüşova yanıq xəsarətləri alıb.

O, təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

00:25

Paytaxtın Nərimanov rayonunda fərdi yaşayış evində partlayış olub.

presstvaz APA-ya istinadən xəbər verir ki, hadisə Ceyhun Hacıbəyli küçəsində qeydə alınıb.

İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və təcili tibbi yardım briqadaları cəlb edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv