Xaricdən gətirilən ət Azərbaycanda neçəyə satılır? – VİDEO

Xaricdən gətirilən ət Azərbaycanda neçəyə satılır? – VİDEO






presstv

"Presstv"az #Avropa, #Belarus, #Braziliya, #Qazax, #Qazaxıstan, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kiloqramı yerli bazarla nisbətən daha ucuz, alıcısı isə çoxdur.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, söhbət Braziliya, Qazaxıstan, Monqolustan, Belarusya, Ukrayna və digər Avropa ölkələrindən idxal olunan ət məhsullarından gedir.

Rəsmi statistik rəqəmlərə əsasən, ötən il ölkəyə ət idxalı 41 faiz artıb. Bəs son illərdə artan tələbat səbəbi ilə ölkəyə idxal edilən Monqolustan quzusu və Ukraynadan gətirilən iribuynuzlu heyvan ətlərinin qiymətləri hansı aralıqdadır? Satıcı Abbas Vəliyevin sözlərinə görə, ölkəyə idxal edilən ətlərə, xüsusilə Monqolustan quzusuna tələbat kifayət qədərdir. Qiymətlərə gəldikdə isə yerli ətlə müqayisədə nisbətən ucuzdur.

Onun sözlərinə görə, Ukraynadan idxal edilən mal ətinin qiyməti isə hissələrə uyğun olaraq 12-14 manata aralığında dəyişir.

İqtisadçı Xalid Kərimli bildirir ki, xaricdən ölkəyə ət idxalında artımın olması yerli ət qiymətlərində artım və əhalinin ətə olan tələbatının çoxluğu ilə əlaqədardır.

Bəs yerli bazarla müqayisədə ucuz olan idxal edilmiş ətlərin keyfiyyətindən nə qədər əmin ola bilərik?

AQTA-nın şöbə müdiri Əkbər Əliyev deyib ki, idxal olunan məhsullar yalnız beynəlxalq baytarlıq sertifikatına malik olmalıdırlar.

Daha ətraflı videomaterialı təqdim edirik.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv