Estetik əməliyyatına pul verməyən kişinin başını əzən qadınla bağlı QƏRAR

Estetik əməliyyatına pul verməyən kişinin başını əzən qadınla bağlı QƏRAR






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Bakı, #Bakı Apellyasiya Məhkəməsi, #Estetik əməliyyat, #Hadisə, #Məhkum, #Mobil telefon, #Nərimanov rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xuliqanlıqda təqsirləndirilən Sabrina Məmmədovanın (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

presstvaz Pravda.Az-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu məhkəmə iclasında qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, zərərçəkmiş şəxsin isə apellyasiya şikayəti qismən təmin olunub, Nərimanov Rayon Məhkəməsinin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hökmü ləğv edilib. Sabrina Məmmədova Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 il 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasının çəkilməsi qadının himayəsində olan 2013-cü il tarixdə doğulmuş uşağının 14 yaşına çatanadək təxirə salınıb.

İttihama görə, hadisə 2 sentyabr 2023-cü il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsinin kəsişməsində yerləşən “Green kafe”nin həyətində qeydə alınıb.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Sabrina Məmmədova təxminən 7-8 il qeyri-rəsmi münasibətdə olduğu, zərərçəkmiş Səttar Balayevdən (adı, soyadı şərtidir) estetik əməliyyatlar üçün 10-15 min manat civarında pul tələb edib. Səttar isə bu tələbi yerinə yetirməkdən imtina etdikdə aralarında mübahisə yaranıb və onlar ayrılmaq qərarına gəliblər.

Hadisədən bir müddət sonra zərərçəkmiş dostu ilə birlikdə “Green kafe”də olarkən Sabrina Məmmədova ora gələrək eks sevgilisinə yaxınlaşıb. Məhkəmə materiallarına əsasən, qadın yüksək səslə Səttara təhqirlər yağdırıb və daha sonra masanın üzərindəki mobil telefonu götürərək bir neçə dəfə onun başına çırpıb. Nəticədə Səttar yüngül dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkmiş şəxs ifadəsində qadının ondan dəfələrlə estetik əməliyyatlar və ev üçün pul istədiyini, bu səbəbdən münasibətlərində gərginlik yarandığını və hadisəyə görə onu bağışlamadığını deyib.

Məhkəmənin qərarı ilə Sabrina Məmmədova 800 manat cərimə edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv