Azərbaycan və İran HDQ komandanları ikitərəfli görüş keçiriblər

Azərbaycan və İran HDQ komandanları ikitərəfli görüş keçiriblər






presstv

"Presstv"az #Azərbaycan, #İran, #Rusiya, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyada keçirilən Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandanlarının iclası çərçivəsində Azərbaycan HDQ-nin komandanı, Birinci dərəcəli kapitan Şahin Məmmədov ilə İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı admiral Şəhram İrani arasında ikitərəfli görüş olub.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Kapitan Şahin Məmmədov görüşdən sonra çıxışında Azərbaycanı və İranı iki dost, qardaş və qonşu ölkə adlandıraraq deyib:

“İki ölkə bütün sahələrdə əməkdaşlıq edir və Xəzər dənizi ilə bağlı məsələlərdə də çox uğurlu koordinasiya mövcuddur”.

Şəhram İrani isə “Biz kənardan heç bir ölkənin Xəzər dənizi ilə bağlı qərar qəbul etməsinə icazə verməyəcəyik” – deyə, bildirib.

Toplantıda çıxış edən Rusiya HDQ-nin komandanı admiral Aleksandr Moiseyev isə qeyd edib ki, yalnız beş sahilyanı dövlət Xəzər dənizi ilə bağlı qərar vermək hüququna malikdir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv