Yardımlıda müəllim şagirdi döyüb? – RƏSMİ AÇIQLAMA

Yardımlıda müəllim şagirdi döyüb? – RƏSMİ AÇIQLAMA






presstv

"Presstv"az #Araşdırma, #Hadisə, #Lənkəran, #Lənkəran-Astara Regional Təhsil İdarəsi, #Orta məktəb, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbində şagirdin müəllim tərəfindən döyülməsi iddia olunub.

presstvaz xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Şagirdin valideyni Elnur Məlikov iddia edib ki, 5-ci sinifdə oxuyan oğlu müəllim tərəfindən döyülüb və bu səbəbdən psixoloji travma alıb.

Məsələ ilə bağlı presstvaz-ın sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, Yardımlı rayonu İlqar Şəkərov adına Hamarkənd kənd tam orta ümumtəhsil məktəbində baş verdiyi iddia olunan hadisə ilə bağlı hazırda hüquq-mühafizə orqanları və Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv