FHN-in sabiq vəzifəli şəxsi həbs edildi

FHN-in sabiq vəzifəli şəxsi həbs edildi






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Nərimanov rayonu, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fövqəladə Hallar Nazirliyinin sabiq vəzifəli şəxsi həbs edilib.

presstvaz-ın məlumatına görə, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərİnşaatlahiyə” institutunun mühəndisi Ofelya Məhərrəmova (soyad şərtidir) dələduzluqda təqsirləndirilib. O, iş yoldaşı Fərid Məhəmmədova qarşı külli miqdarda dələduzluq edib.

Belə ki, Fərid Məhəmmədov Bakıda özünə ev almaq istəyib. Bunu eşidən Ofelya Fəridə Nərimanov rayonu, Mayakovski küçəsindəki 8/9 və 10 ünvanlarında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının “A” blokunda ikiotaqlı mənzili göstərərək, həmin mənzili ona verəcəyini bildirib. O bu məqsədlə Fəriddən 66 100 manat alıb, qaytarmayıb.

F.Məhəmmədov məsələ ilə bağlı polisə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə O.Məhərrəmova saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə onun barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib. Lakin O.Məhərrəmova istintaqdan yayınıb. Daha sonra məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib və axtarış elan edib.

O.Məhərrəmova saxlanılaraq istintaqa təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb və O.Məhərrəmova beş il müddətinə azadlıqdan məhrum edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv