Prezident təqaüdçüləri hansı universitetlərdə oxuyurlar? – SİYAHI

Prezident təqaüdçüləri hansı universitetlərdə oxuyurlar? – SİYAHI






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Tibb Universiteti, #Bakı, #İlham Əliyev, #Naxçıvan Dövlət Universiteti, #Sərəncam, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Prezident İlham Əliyevin sərəncamına əsasən, 2025-2026-cı tədris ili üçün tələbə qəbulu imtahanlarında ən yüksək nəticə göstərmiş 102 gənc Prezident təqaüdünə layiq görülüb.

Təqaüdün məbləği hazırda 350 manatdır.

Prezident təqaüdü cari tədris ilinin birinci semestri üçün təyin olunur və bu müddətdən sonra həmin gənclərə təqaüdün verilməsinin davam etdirilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında Elm və Təhsil Nazirliyi tərəfindən qəbul edilir.

presstvaz xəbər verir ki, modern.az-ın məlumatına görə, Prezident təqaüdçülərinin ən çox toplandığı ali məktəb Bakı Ali Neft Məktəbi olub. Onu Azərbaycan Tibb Universiteti və Bakı Dövlət Universiteti izləyir.

Prezident təqaüdçülərinin ali məktəblər üzrə bölgüsü belədir:

Bakı Ali Neft Məktəbi – 36 nəfər

Azərbaycan Tibb Universiteti – 26 nəfər

Bakı Dövlət Universiteti – 16 nəfər

ADA Universiteti – 13 nəfər

Dövlət İdarəçilik Akademiyası – 5 nəfər

Azərbaycan Dövlət İqtisad Universiteti – 4 nəfər

Xüsusi təyinatlı ali təhsil müəssisələri – 1 nəfər

Naxçıvan Dövlət Universiteti – 1 nəfər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv