Bu siqnallar infarktdan xəbər verə bilər – Qadınlar xüsusilə diqqətli olmalıdır

Bu siqnallar infarktdan xəbər verə bilər – Qadınlar xüsusilə diqqətli olmalıdır






presstv

"Presstv"az #Araşdırma, #Hadisə, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İnfarktın qəfil baş verdiyi düşünülür, lakin elm adamları bildirirlər ki, ürək tutmasından bir neçə həftə və ya hətta bir ay əvvəl bədən xəbərdarlıq əlamətləri göstərə bilər. Xüsusilə qadınlarda bu ilkin simptomların fərqli və çox vaxt nəzərə çarpmayan şəkildə ortaya çıxması diaqnostika prosesini çətinləşdirir.

presstvaz yazır ki, mütəxəssislər infarktı yalnız sinə ağrısı ilə əlaqələndirməyin yalnış olduğunu vurğulayır. Qadınlarda daha çox yuxu pozğunluğu, həzm problemi və qeyri-adi yorğunluq kimi fərqli əlamətlər ön planda olur. Bu isə onların infarkt keçirdiyini gec başa düşməsinə və tibbi yardıma gec müraciət etməsinə səbəb ola bilər.

Circulation jurnalında dərc olunan genişmiqyaslı bir araşdırmada, infarkt keçirmiş qadınların böyük bir qismində (təxminən 39%) tutmadan bir ay əvvəl həzm pozğunluğu yaşandığı qeyd olunub. Bu əlamət hadisə anında görünməsə də, infarktın erkən xəbərçisi ola bilər.

Tədqiqatın nəticələrinə görə, qadınların infarktdan təxminən bir ay əvvəl yaşadığı əsas əlamətlər bunlardır:

Qeyri-adi yorğunluq – 71%

Yuxu problemləri – 48%

Nəfəs almaqda çətinlik – 42%

Həzm pozğunluğu və mədə narahatlığı – 39%

Aşırı narahatlıq və gərginlik hissi – 36%

İnfarkt anında isə bu simptomlar daha çox müşahidə olunur:

Nəfəs darlığı – 58%

Bədən zəifliyi – 55%

Qeyri-adi yorğunluq – 43%

Soyuq tərləmə – 39%

Başgicəllənmə və tarazlıq itkisi – 39%

Həkimlər vurğulayırlar ki, bu əlamətlərdən hər hansı biri yaşandıqda, xüsusilə də bir neçə əlamət bir yerdə müşahidə olunursa, vaxt itirmədən tibbi yardım axtarılmalıdır. İnfarktın erkən mərhələdə müəyyən edilməsi həyat qurtara bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv