Azərbaycanda vaksinasiya kampaniyasına start verilir

Azərbaycanda vaksinasiya kampaniyasına start verilir






presstv

"Presstv"az #Audi, #Fransa, #Qış mövsümü, #Qrip, #Səhiyyə Nazirliyi, #Teymur Musayev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar olaraq ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılma ehtimalı artır.

presstvaz xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bu məqsədlə əhali arasında profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən qrip əleyhinə “Sanofi Pasteur” Fransa şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib. Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, 2025-ci il oktyabrın 8-dən etibarən vaksinasiya kampaniyasına start verilir.

Xüsusilə səhiyyə işçilərinin, hamilə qadınların, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı şəxslərin qripə qarşı peyvənd olunması tövsiyə edilir.

Əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.

Qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv