Sumqayıtda müştəri taksi sürücüsünü döydü

Sumqayıtda müştəri taksi sürücüsünü döydü






presstv

"Presstv"az #Audi, #Avto, #Cinayət işi, #Hadisə, #Taksi fəaliyyəti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sumqayıtda taksi sürücüsü küçədə döyülüb.

presstvaz-ın məlumatına görə, hadisə şəhərin Sülh prospektində baş verib.

Sumqayıt sakini Əlifağa Cabbarov (ad və soyad şərtidir) müştəri qismində taksi fəaliyyəti ilə məşğul olan şəhər sakini Arif Məmmədovun (ad və soyad şərtidir) “Opel” markalı avtomobilinə yaxınlaşaraq, şəhərin “Aliminumzavod” adlanan ərazisinə aparmasını xahiş edib. Arif bildirib ki, o, həmin əraziyə müştərini 5 manata aparır. Əlifağa isə bir gün əvvəl eyni əraziyə 3 manata getdiyini bildirib.

Nəticədə taksi sürücüsü ilə müştəri arasında mübahisə yaranıb. Mübahisə zamanı Əlifağa Arifi yumruq və təpik zərbələri ilə döyüb.

Hadisə yerinə polis əməkdaşları gəliblər və fakta bağlı cinayət işi başlanılıb. Ə.Cabbarov saxlanılaraq izahatı alınıb və iş məhkəməyə göndərilib.

Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxslə zərərçəkmiş arasında barışıq elan olunub, dəymiş ziyan tam ödənilib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv