İlham Əliyev Qəbələdə Ersin Tatar ilə görüşüb

İlham Əliyev Qəbələdə Ersin Tatar ilə görüşüb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Ermənistan, #İlham Əliyev, #Qəbələ, #Şuşa, #Təbrik, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, Ersin Tatar Prezident İlham Əliyevlə ölkəmizdə və beynəlxalq tədbirlər çərçivəsində görüşlərini, həmçinin Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakını məmnunluqla xatırlayıb, Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Prezident İlham Əliyev ölkəmiz tərəfindən Şimali Kipr Türk Cümhuriyyətinə dəstəyin bundan sonra da davam etdiriləcəyini deyib.

Qonaq Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəliyə aparılması istiqamətində Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə əldə edilmiş nəticələrlə bağlı təbriklərini çatdırıb.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Söhbət zamanı Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi qeyd edilib.

Qəbələdə keçirilən Zirvə Görüşünün TDT çərçivəsində ölkələrarası tərəfdaşlığın daha da genişlənməsində rolu vurğulanıb.

Görüşdə bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv