Türkiyəli şərhçilər Qurban Qurbanovu əfsanəvi baş məşqçi ilə müqayisə etdilər

Türkiyəli şərhçilər Qurban Qurbanovu əfsanəvi baş məşqçi ilə müqayisə etdilər






presstv

"Presstv"az #"Mançester Yunayted", #"Qarabağ", #Audi, #Futbol, #Türkiyə, #UEFA Çempionlar Liqası, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin məşhur “Sokrates Dərgi” “YouTube” kanalında “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı uğurlarından danışılıb.

presstvaz xəbər verir ki, Türkiyənin tanınmış idman şərhçiləri Emre Özcan və Erman Yaşar “Qarabağ”ın tarixi və Qurban Qurbanovun klubda gördüyü önəmli işlər barədə müzakirə aparıblar.

Şərhçi Erman Yaşar Qurban Qurbanovu futbol tarixinin ən önəmli şəxslərindən olan “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Fergüsonla müqayisə edib.

O qeyd edib ki, Qurban Qurbanov da 17 il əvvəl Aleks Fergüson kimi o qədər də güclü performans göstərməyən komandaya baş məşqçi təyin olunub və zaman keçdikcə çox az büdcə ilə klubu UEFA Çempionlar Liqasında ilk altılığa girəcək vəziyyətə gətirib çıxarıb.

Emre Özcan isə komandanın oyunçularının fərdi performansından çox sistemin mükəmməl işlədiyini deyib. Onun sözlərinə görə, “Qarabağ” çoxlu hücum edərək topa sahib olmağı sevən bir komandadır. Bu sayədə də özlərindən iki, üç dəfə daha artıq dəyəri olan komandalara qarşı mükəmməl oyun sərgiləyirlər.

Şərhçilər, həmçinin “Qarabağ” pley-off şansları barədə danışıblar. Qeyd ediblər ki, “Qarabağ”ın pley-off üçün 12 xal toplaması kifayət edir ki, bu xalları da “Ayaks” və “Ayntraxt Frankfurt”la öz meydanında keçirəcəyi oyunlarda qazana bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv