Türkiyədə vəhşicəsinə qətlə yetirilən Narin Güran cinayəti ilə bağlı həbs edilən üç nəfər azadlığa buraxıldı

Türkiyədə vəhşicəsinə qətlə yetirilən Narin Güran cinayəti ilə bağlı həbs edilən üç nəfər azadlığa buraxıldı






presstv

"Presstv"az #Audi, #Avto, #Cinayət işi, #DNT, #Haber Global, #Hakim, #Məhkum, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin Diyarbəkir vilayətində vəhşicəsinə qətlə yetirilən səkkizyaşlı Narin Güranın məhkəmə işi ilə bağlı həbs edilən 3 nəfər azadlığa buraxılıb.

Bu barədə presstvaz “Haber Global”-a istinadən xəbər verir.

Məlumata görə, Diyarbəkir Bölgə Ədliyyə Məhkəməsinin 7-ci Cəza Dairəsi Narin Güran cinayəti işi ilə bağlı “Cinayətkarı ört-basdır etmə” ittihamı üzrə azadlıqdan məhrumetmə şəklində mühakimə olunan dayısının (xalasının, əmisinin, bibisinin) uşağı Birsen Güran, əmisi Fuat Güran və əmisinin arvadı Maşallah Güranın azadlığa buraxılmasına qərar verib.

Məhkəmə təqsirləndirilən şəxslərin həbsdə saxlanmasına ehtiyac olmadığını bildirib və qanuni prosedurlardan sonra onların sərbəst qalmalarına hökm verib.

Xatırladaq ki, 2024-cü il avqustun 21-də Diyarbəkirin Tavşantəpə kəndindəki Quran kursuna getdikdən sonra yoxa çıxan səkkiz yaşlı Narin Güranın cəsədi onun itkin düşməsindən 19 gün sonra Egertutmaz dərəsində çay yatağında, üstü daş və kol-kosla örtülmüş çuval içində tapılmışdı.

Ekspertiza uşağın ağız-burnunun qapadılması və boynuna təzyiq edilərək sıxılması nəticəsində oksigen çatışmazlığından dünyasını dəyişdiyini müəyyən edib. Diyarbəkir Respublika Baş Prokurorluğuna göndərilən hesabatda Narin Güranın yoxa çıxdığı gün, yəni avqustun 21-də öldüyü bildirilib. İstintaq nəticəsində cinayətin uşağın anası Yüksel Güran, qardaşı Enes Güran, avtomobilində Narinə aid DNT və tük nümunəsi tapılan əmisi Salim Güran tərəfindən törədildiyi məlum olub. Onlara və cəsədi çay yatağına daşıdığını etiraf edən qonşuları Nevzat Bahtiyara qarşı “mütəşəkkil cinayət törətmək” ittihamı ilə cinayət işi açılıb.

Məhkəmənin hökmü ilə mərhumun anası Yüksel, böyük qardaşı Enes, əmisi Səlim Güran və Nevzat Bəxtiyar “Uşağın qəsdən öldürülməsində iştirak” ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum ediliblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv