Zabrat yollarından ŞİKAYƏT: “Maşınlar küçəyə girməkdən imtina edirlər”

Zabrat yollarından ŞİKAYƏT: “Maşınlar küçəyə girməkdən imtina edirlər”






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), #Bakı, #Hakim, #Sabunçu rayonu, #Sahibsiz itlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan sakinlər yolların keçilməz vəziyyətdə olmasından şikayətçi olublar.

Bununla bağlı presstvaz-a müraciət daxil olub.

Qeyd edilib ki, qəsəbə ərazisində olan 307 nömrəli məktəbə gedən, “Dağüstü” deyilən ərazidə, yolların vəziyyəti çox acınacaqlıdır.

“Uşaqları məktəbə apara bilmirik. Məhəlləmizə gələn iki yol var, hər ikisi də bir-birindən betər vəziyyətdə.

Yağıntı olanda bu yollarla hərəkət olduqca çətin olur. Axar sular hamısı yığılır küçəyə. Maşınlar belə bu küçəyə girməkdən imtina edirlər, çünki o qədər çala-çuxur var ki, maşın dağılır. Bu ərazidə bu qədər sakin yaşayır, amma yollara bir əncam edən yoxdur.

Bundan əlavə, qəsəbə ərazisində sahibsiz itlər də ciddi problem yaradır. Xüsusən günün qaranlıq saatlarında rahat hərəkət etmək mümkün deyil”, – deyə müraciətdə bildirilib.

Sabunçu Rayon İcra Hakimiyyətindən presstvaz-ın sorğusuna cavab olaraq məsələyə aydınlıq gətirilib.

“Zabrat qəsəbəsinin Aşıq Ələsgər və Murad Mirzəyev küçələrində yolların təmir edilməsi ilə bağlı sakinlərin müraciətinə əsasən bildiririk ki, Aşıq Ələsgər küçəsində ötən ilin yay aylarında su xəttinin çəkilməsi ilə əlaqədar yolun kənarında qazıntı işləri aparılıb, sonradan həmin hissədə asfalt örtüyü bərpa edilib. Murad Mirzəyev küçəsində isə, ümumiyyətlə, asfalt örtüyü olmayıb.

Məlumat üçün nəzərinizə çatdırırıq ki, qəsəbədaxili yolların asfaltlanması aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Dövlət İnvestisiya Proqramları çərçivəsində həyata keçirilir. Murad Mirzəyev və Aşıq Ələsgər küçələrində də yolların asfaltlanması ilə bağlı tədbirlərin Dövlət İnvestisiya Proqramına əlavə edilməsi üçün Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunub.

Eyni zamanda, sakinlərin sahibsiz heyvanlarla bağlı şikayətinə əsasən, icra hakimiyyəti tərəfindən Sahibsiz Heyvanlara Qayğı Mərkəzinə məlumat verilib”, – deyə məlumatda qeyd olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv