SEPAH: “İran 12 günlük müharibədən sonra hücum potensialını 10 dəfə artırıb”

SEPAH: “İran 12 günlük müharibədən sonra hücum potensialını 10 dəfə artırıb”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #İran, #İsrail, #Müharibə, #Münaqişə, #Qətər, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İranın Silahlı Qüvvələri İsraillə 12 günlük müharibədən sonra öz hücum potensialını 10 dəfə artırıb.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Hüseyn Necat bəyan edib.

“Əgər birdən sionist rejimi yenidən eyni səhvi etsə (İsrailin iyunda İrana hücumu nəzərdə tutulur – red.), bizim hücum imkanlarımız artıq 12 günlük müharibə zamanından 10 dəfə daha çoxdur”, – deyə Hüseyn Necat bildirib.

Onun sözlərinə görə, İran, həmçinin əvvəlki münaqişə zamanı aşkar edilmiş bütün müdafiə çatışmazlıqlarını aradan qaldırıb.

Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İran cavab hücumu həyata keçirib. ABŞ iyunun 22-də münaqişəyə qoşularaq İranın İsfahan, Natanz və Fordodakı nüvə obyektlərinə zərbə endirib. Növbəti gün İran Qətərdəki Yaxın Şərqin ən böyük ABŞ hərbi hava bazası olan Əl-Üdeydə hücum edib. Bundan sonra ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail və İran atəşkəs rejiminin qurulmasına razılaşıblar. Bu qərar iyunun 24-də qüvvəyə minib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv