Bu ərazilərdə evlər ucuzlaşır – VİDEO

Bu ərazilərdə evlər ucuzlaşır – VİDEO






presstv

"Presstv"az #Günəş, #Masazır qəsəbəsi, #Qiymət artımı, #Suraxanı rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yeni Günəşlidə evlər bahalaşır, Xırdalan və Masazırda isə ucuzlaşır.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, elan saytlarında paytaxtın Suraxanı rayonu ərazisində, xüsusən də Yeni Günəşli qəsəbəsində daşınmaz əmlakın qiymətində nəzərəçarpacaq qədər qiymət artımı müşahidə olunur. Hətta sözügedən ərazidə metrostansiyasının açılması ilə bağlı məlumatlar dərc olunduqdan sonra mənzillərin qiymətində 5-10 min manat aralığında artım müşahidə olunur. Hazırda Yeni Günəşli qəsəbəsində daşınmaz əmlakın qiyməti 50 -800 min manat arası dəyişir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, hazırda Yeni Günəşli qəsəbəsində xüsusən ipoteka predmetinə çevrilən daşınmaz əmlakın qiymətində 10 faiz artım müşahidə olunur və ilin sonunadək 18 faiz artacağı proqnozlaşdırılır.

Xırdalan və Masazır ərazilərində isə qiymətin əksinə düşməsi müşahidə olunur. Hazırda Masazır qəsəbəsində daşınmaz əmlakın qiyməti 26-270 min manat, Xırdalan ərazisində isə 23-250 min manat arası dəyişir.

Elnur Fərzəliyevin sözlərinə görə, buna səbəb mənzil və fərdi yaşayış evlərinin kütləvi satışa çıxarılmasıdır.

Elnur Fərzəliyev əlavə edib ki, insanların sıx məskunlaşdığı və tıxac olan ərazilərdə daşınmaz əmlak qiymətlərinin enməsi bundan sonra da gözləniləndir.

Daha ətraflı videomaterialı təqdim edirik. 

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv