Oleq Bakinskinin şikayəti təmin olunmadı

Oleq Bakinskinin şikayəti təmin olunmadı






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Bakı Apellyasiya Məhkəməsi, #Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, #Cinayət işi, #Hakim, #Məhkum, #Rusiya, #Ukrayna, #Xətai rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə "Oleq Bakinski" ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçer barəsində olan hökmdən apellyasiya şikayəti və protestə baxılıb.

presstvaz xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərin nümayəndəsi Samir İsayev çıxış edib.

O bildirib ki, təqsirləndirilən şəxslərə verilən cəza yüngül olub və cəzanın artırılmasını istəyir.

Nümayəndə həmçinin maddi və mənəvi zərərlə bağlı mülki iddialarının təmin olunmasını xahiş edib.

Daha sonra çıxış edən prokuror Murad Vəliyev deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Kuçer Konstantin Antonoviçə aid hissədə hökm dəyişdirilməlidir.

Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə təqsirləndirilməlidir.

Daha sonra hakimlər heyəti müşavirəyə yollanıb. Müşavirədən qayıdan hakimlər heyəti qərarı elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin müdafiəçilərinin, həmçinin zərərçəkmiş şəxslərin nümayəndəsinin apellyasiya şikayətləri, dövlət ittihamçısının apellyasiya protesti təmin olunmayıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Oleq Bakinskinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 6 ay sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza verilib.

Digər təqsirləndirilən Konstantin Kuçerə isə ittiham olunduğu maddələrdən biri – Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə bəraət verilib. O, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib və qəti olaraq ona 2 il 6 ay təyin olunub.

Konstantin Kuçerin "Günay Bank"dakı hesabına qoyulmuş həbs götürülüb.

Qeyd edək ki, zərərçəkən kimi tanınan Valeriy Zaxarenkonun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı V.Zaxarenko vəsaiti götürmək üçün Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları çıxarmaqda problem yaranıb.

O.Bakinski, K.Kuçer və V.Zaxarenko məsələni yoluna qoymaq üçün Bakının Xətai rayonunda yerləşən Babək Plazada görüşüblər. Lakin tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. O.Bakinski şüşə butulka ilə V.Zaxarenkoya xəsarət yetirib. Sonuncuya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar. Cinayət işi üzrə V.Zaxarenko zərərçəkmiş kimi tanınıb.

Eyni zamanda, daha iki şirkət zərərçəkmiş sayılır. Bunlar "Aviazapchast" Açıq Səhmdar Cəmiyyəti və "Promyshlennye Postavki Kazakhstan" Məhdud Məsuliyyətli Cəmiyyətdir.

O.Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunmuşdu.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv