Kirkin qatilinə güllələnmə cəzası verilə bilər

Kirkin qatilinə güllələnmə cəzası verilə bilər






presstv

"Presstv"az #ABŞ, #Audi, #DNT, #Hadisə, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-də tanınmış mühafizəkar fəal Çarli Kirkə qarşı sui-qəsddə ittiham olunan şəxsə güllələnmə cəzası verilə bilər.

presstvaz xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Pamela Co Bondi “Fox News” telekanalına açıqlama verib.

Gözlənilir ki, şübhəli bu gün və ya sonrakı günlərdə birinci dərəcəli qətldə ittiham olunacaq, lakin həftə bitmədən bu proses tamamlanacaq. Yuta ştatının qanunlarına görə, onun törətdiyi cinayət ölüm hökmü ilə nəticələnə bilər.

“Qubernatorun da qeyd etdiyi kimi, onlar ölüm hökmü tələb edəcəklər. Bu, Yutada tamamilə realdır. Çünki ştatda hələ də güllələnmə əmrləri mövcuddur”, – deyə Bondi bildirib.

Məsələ ilə bağlı ABŞ Federal Təhqiqat Bürosunun direktoru Kaşyap Patel də danışıb. O bildirib ki, şübhəli şəxs yazışmalarında əməlini etiraf edib, həmçinin onun DNT-si hadisə yerində tapılan silahda aşkarlanıb.

Xatırladaq ki, sentyabrın 10-da Kirk Yuta ştatındakı universitet kampusunda çıxış edərkən ona təxminən 800 metr məsafədən atəş açılmışdı. Güllə boynuna dəymiş, o isə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmamışdı.

Hadisədən bir neçə gün sonra hüquq-mühafizə orqanları qətldə şübhəli bilinən 22 yaşlı tələbə Tayler Robinsonu saxlayıb. Onu polis vəzifəsində 27 il çalışmış atası hüquq mühafizəçilərinə təhvil verib. İstintaqın ilkin nəticələrinə görə, Robinsonun Kirkə qarşı əsas motivi onun siyasi baxışlarına nifrət etməsi olub. Lakin şübhəli ittihamları qəbul etmir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv