Yeni “iPhone Air”: “Apple”ın ən incə modeli və yalnız e-SIM ilə gələn yeni dövr

Yeni “iPhone Air”: “Apple”ın ən incə modeli və yalnız e-SIM ilə gələn yeni dövr






presstv

"Presstv"az #Apple, #Audi, #Azercell, #Azərbaycan, #iPhone, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yeni “iPhone Air” sanki fizikanın qanunlarına meydan oxuyur – bu model həm dizayn, həm də texnoloji baxımdan brend tarixində ən cəsarətli addımlardan biridir.

Rekord dərəcədə incə və yüngül

“Apple” tarixinin ən nazik və yüngül “iPhonu” statusunda olan “Grade 5” titan korpusu ilə 5.6 mm qalınlıqda və cəmi 165 qram çəkidə olan bu cihaz həm möhkəm, həm də zərifdir.

Kamera və performans

48 MP “Fusion” kamera ilə 2 kamera funksiyası birində birləşərək daha parlaq, detallı və yüksəkkeyfiyyətli fotoşəkillər yaradır, 18 MP ön kamera isə “Center Stage” dəstəyi ilə qrup selfilərində heç kimi kənarda qoymur.

Cihazın ürəyi – “A19 Pro” prosessoru. Bu çip, “iOS 26” və “Apple Intelligence” ilə birlikdə, süni intellekt funksiyalarını və yüksək performansı bir araya gətirərək “iPhone Air”ı yeni nəsil ağıllı telefonlara çevirir.

Tam rəqəmsal – SIM yerinə yalnız e-SIM!

Bu modelin ən çox danışılan xüsusiyyəti isə yalnız e-SIM ilə işləməsidir. Fiziki SIM yuvası yoxdur, bütün proses tam rəqəmsal həyata keçirilir. Bu, istifadəçiyə daha rahat və fasiləsiz rabitə təklif edir.

“iPhone Air” ilə 8 və ya daha çox e-SIM profilini yaddaşda saxlaya bilir. Eyni anda 2 aktiv nömrə istifadə etmək mümkündür – məsələn, biri şəxsi, digəri iş üçün. 190-dan çox ölkədə dəstək sayəsində səyahət zamanı yerli tarif qoşmaq saniyələr çəkir.

e-SIM texnologiyası ilə üstün təhlükəsizlik.

Fiziki kart olmadığı üçün onu çıxarmaq və ya itirmək mümkün deyil. Cihaz itirilsə belə, nömrə şifrələnmiş şəkildə qorunur. Nömrə və profil istənilən vaxt uzaqdan deaktiv edilə bilər.

Azərbaycanda keçid prosesi

Yeni “iPhone Air” satışa çıxanda artıq hazır olmaq üçün mövcud fiziki SIM-i e-SIM-ə keçirmək çox asandır.

“Azercell”

“Azercell”in veb-saytında “Sim-dən e-SIM-ə keçid” bölməsinə daxil olun, məlumatları doldurun və onlayn keçidi tamamlayın.

İstəsəniz, “Azercell” mağazasına yaxınlaşaraq şəxsiyyət vəsiqənizi təqdim edin – əməkdaş e-SIM-i bir neçə dəqiqəyə aktivləşdirir.

“Nar”

“Nar” tətbiqində “e-SIM sifariş et” seçimini edin və nömrənizi e-SIM-ə keçirin.

Mağazada da prosesi yerində başa çatdırmaq mümkündür.

“Bakcell”

“Bakcell” tətbiqində “Nömrəmi e-SIM ilə dəyişdir” funksiyasını seçin və təlimatları izləyin.

Həmçinin “Bakcell” mağazasında da e-SIM dərhal aktivləşdirilir.

Hazırlıq üçün qısa məsləhətlər

– Operatorunuzun e-SIM xidmətini indi yoxlayın;

– Şəxsiyyət vəsiqənizi hazır saxlayın.

İlk dəfə “iPhone Air”ı əlinizə götürdüyünüz an həm dizayn, həm də texnologiyanın fərqini hiss edəcəksiniz. E-SIM sayəsində isə bu təcrübə dərhal başlayır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv