III MDB Oyunları ilə əlaqədar Gəncə şəhərinin su təchizatına baxış…

III MDB Oyunları ilə əlaqədar Gəncə şəhərinin su təchizatına baxış…






presstv

"Presstv"az #Azərbaycan, #Gəncə şəhəri, #İdman, #III MDB Oyunları, #Şəmkir, #Vəzifə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində təşkil olunacaq III MDB Oyunlarının Gəncə şəhərində keçiriləcəyi nəzərdə tutulan idman obyektləri, mərkəzi küçə və prospektlərin su təchizatı və kanalizasiya sistemlərinin vəziyyətinin qiymətləndirilməsi məqsədilə monitorinq aparılıb.

presstvaz xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində yaradılan komissiya üzvləri Xidmətin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilovun rəhbərliyi ilə Gəncə şəhərində müxtəlif istiqamətlər üzrə infrastruktura baxış keçiriblər.

Sukanal idarəsində texnika və avadanlıqların mövcud vəziyyəti ilə yaxından tanış olan komissiya üzvləri oyunlar ərəfəsində daha çevik və məsuliyyətli davranmağı tövsiyə edilib.

Tahir Xəlilov Xidmətin əməkdaşları ilə söhbət aparıb, problemlərin nədən ibarət olduğunu soruşub. Bu yöndə həm komissiya üzvlərinə, həm də sukanal idarəsinin əməkdaşlarına tapşırıqlarını verib.

“Dəyirmi masa” arxasında davam edən görüşdə III MDB Oyunlarının keçiriləcəyi günlərdə işçilərin hansı qrafiklə çalışacağı dəqiqləşdirilib, o cümlədən, infrastrukturun xəritə üzrə vəziyyətinə aydınlıq gətirilib. Qeyd olunub ki, oyunların keçiriləcəyi günlərdə sukanal idarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Komissiya üzvləri Olimpiya Kompleksində, Gəncə İdman Sarayında, Şəmkir Sutəmizləyici Qurğular Kompleksində, yenidən qurulan Gəncə Stadionunda olublar. Su təchizatı təminatının vəziyyətini yerindəcə yoxlanılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv