Ağsuda “vəzifəli şəxs” cildinə girən dələduz qadın saxlanıldı

Ağsuda “vəzifəli şəxs” cildinə girən dələduz qadın saxlanıldı






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Sosial müavinət və güzəştli mənzil vədi ilə 8 min manatdan çox pul mənimsənilib

            Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən presstvaz-a daxil olan məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə edərək onlayn yolla dələduzluq edən şəxsin qanunsuz əməllərinin qarşısı alınıb.

Özünü dövlət əməkdaşı kimi təqdim edib Keçirilən əməliyyat-tədbirləri nəticəsində 31 yaşlı Xəyalə Kərimova saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, zərərçəkmiş şəxslərə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edərək etimad qazanıb. X.Kərimova vətəndaşlara:

  • Sosial müavinətlərin təyin edilməsi;

  • Güzəştli şərtlərlə mənzillə təmin olunma barədə yalan vədlər verib.

8 min manatdan artıq vəsaiti onlayn yolla ələ keçirib Şübhəli şəxs “xidmət” müqabilində vətəndaşlardan əvvəlcədən ödəniş tələb edib və bu üsulla ümumilikdə 8 min manatdan artıq maddi vəsaiti onlayn yolla talayıb.

           Cinayət işi başlanılıb presstvaz  xəbər verir ki, faktla bağlı Ağsu RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Polis orqanları vətəndaşları bu növ vədlərə inanmamağa və rəsmi dövlət xidmətləri üçün yalnız müvafiq dövlət qurumlarına müraciət etməyə çağırır.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv