“Google Translate”də yeni funksiya tətbiq ediləcək

“Google Translate”də yeni funksiya tətbiq ediləcək






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yeni beta versiyasında “Google Translate” tətbiqində dillər arasında keçidi asanlaşdıracaq yeni funksiya aşkar edilib.

presstvaz bu barədə “Android Authority” saytına istinadən xəbər verir.

Yeniliyin mahiyyəti ondan ibarətdir ki, istifadəçilər özləri üçün ən vacib olan dilləri ekranın yuxarı hissəsində sabitləyə biləcəklər. Hazırda bu rolu son istifadə olunan dillərin avtomatik siyahısı yerinə yetirir. Lakin bu siyahı yalnız doqquz dildən ibarət olur və daim dəyişir.

Yeni “Pinned languages” (“Sabitlənmiş dillər”) bölməsi isə tətbiqin interfeysində 10 dilə qədər sabit şəkildə göstərməyə imkan verəcək. Bu dillər həmişə “Son əlavə olunan dillər” siyahısından yuxarıda görünəcək.

Funksiyanın idarə olunması jestlər vasitəsilə həyata keçiriləcək. Siyahıdakı dil üzərində işarəni sağa sürüşdürmək lazımdır. Sonra sancağa bənzər ikonaya basaraq dili sabitləmək mümkündür. Dili siyahıdan çıxarmaq üçün isə eyni hərəkət edilir, lakin bu dəfə “Sabitdən çıxar” düyməsi görünür.

Hazırda funksiya qapalı test mərhələsindədir və onun ictimai versiyada nə vaxt istifadəyə veriləcəyi hələ açıqlanmayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv