Lerikdə irimiqyaslı narkotik əməliyyatı: 20 kiloqram marixuana ələ keçirildi

Lerikdə irimiqyaslı narkotik əməliyyatı: 20 kiloqram marixuana ələ keçirildi






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
İran vətəndaşı ilə sövdələşən narkokuryer polis tərəfindən saxlanılıb

          Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən presstvaz-a daxil olan məlumata görə, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupu və Lerik Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

20 kiloqram narkotiki ünvanlara çatdırmalı imiş Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotiklərin satışı və qanunsuz dövriyyəsində şübhəli bilinən 32 yaşlı Qələmşah Qədimov saxlanılıb. Ondan ümumilikdə 20 kiloqram marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

           Araşdırma zamanı məlum olub ki, Q.Qədimov Lerik rayonu ərazisində əldə etdiyi həmin narkotik vasitəni müəyyən edilmiş ünvanlara çatdırmaq üçün hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əvvəlcədən anlaşıb. O, narkokuryerlik müqabilində qazanc əldə etməyi planlaşdırıb.

Məhkəmənin qərarı ilə həbs edildi Presstv.az xəbər verir ki, faktla bağlı Lerik RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

           Hazırda narkotik vasitələrin mənbəyinin tam müəyyənləşdirilməsi və cinayət əlaqələrinin ifşası istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 presstvaz    – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv