Səhər saatlarında avtobuslar niyə gözə dəyməyib? – Foto

Səhər saatlarında avtobuslar niyə gözə dəyməyib? – Foto






presstv

"Presstv"az #Avto, #avtobus, #Azərbaycan, #Azərbaycan Qran-prisi, #Azneft, #Bakı, #Formula-1, #Nəqliyyat, #Salyan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün səhər saatlarında 20-ci Sahədən Azneft dairəsi və əks istiqamətdə hərəkət etməli olan 5 nömrəli xətt avtobuslarının xətdən çıxdığı iddia olunub.

presstvaz Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə şikayət paylaşılıb.

Qeyd olunub ki, 20-ci Sahə adlanan ərazidəki və Əl Oyunları Sarayının qarşısındakı dayanacaqlarda saat 7:35-8:50 aralığında 5 nömrəli xətt avtobusları gözə dəyməyib. Nəticədə sərnişinlər yolda qalıblar.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov açıqlamasında bildirib ki, sözügedən ərazidən 5 və 6 nömrəli avtobuslar keçir.

"Öncədən verdiyimiz məlumatda da qeyd etdiyimiz kimi, 20-ci Sahədən 5, Salyan şosesindən 6 nömrəli xətt avtobusları hərəkət edir. Hər iki marşrut üzrə beş avtobus fəaliyyət göstərib.

5 nömrəli avtobus marşrutu iki istiqamət üzrə xidmət göstərir. Birinci istiqamət metronun "Nəriman Nərimanov" stansiyası – Süleyman Rəhimov küçəsini, ikinci istiqamət Salyan şosesi – Bibiheybət məscidi – Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edir.

6 nömrəli avtobus marşrutu iki istiqamətdə fəaliyyət göstərir. Birinci istiqamət metronun "Azadlıq Prospekti" stansiyası – Axundov bağını, ikinci istiqamət 20-ci Sahə – Bəhram Gur heykəlini əhatə edir", – deyə T.Orucov bildirib.

Xatırladaq ki, Formula-1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar sentyabrın 15-dən paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcəyi ilə bağlı AYNA tərəfindən məlumat verilmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv