Rusiya səfiri Almaniya XİN-ə çağırıldı

Rusiya səfiri Almaniya XİN-ə çağırıldı






presstv

"Presstv"az #Almaniya, #Audi, #Donald Tusk, #Polşa, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev Polşada PUA (Pilotsuz Uçuş Aparatı) insidenti ilə bağlı Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

presstvaz-ın xəbərinə görə, bu barədə Almaniya XİN-nin “X” hesabında dərc olunmuş bəyanatında bildirilib.

Nazirlik bildirib ki, Rusiya NATO hava məkanına öz PUA-larının göndərərək təhlükəli və qəbuledilməz şəkildə hərəkət edir.

“Bununla əlaqədar Rusiya səfiri bu gün Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb”, – deyə nazirliyin bəyanatında qeyd edilib.

Xatırladaq ki, sentyabrın 10-da səhər saatlarında Polşa ordusunun operativ komandanlığı PUA kimi müəyyən edilən və ölkənin hava məkanını pozan bir neçə obyektin məhv edildiyini açıqlayıb. Baş nazir Donald Tuskun sözlərinə görə, sentyabrın 9-dan 10-na keçən gecə 19 analoji fakt qeydə alınıb. İnsidentlə əlaqədar NATO Polşanın xahişi ilə alyans üzvləri arasında məsləhətləşmələrə başlamaq üçün Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini tətbiq edib.

Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, sentyabrın 9-dan 10-na keçən gecə Rusiya silahlı qüvvələri İvano-Frankivski, Xmelnitski, Jitomir vilayətlərində, həmçinin Vinnitsa və Lvovda Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrinə zərbələr endirib. Polşa ərazisində obyektlərə zərbə endirilməsi planlaşdırılmayıb. Polşa ilə sərhədi keçdiyi iddia edilən PUA-ların uçuş məsafəsi isə 700 km-dən çox olmayıb. Rusiya Müdafiə Nazirliyi bu məsələdə Polşa tərəfi ilə məsləhətləşmələrə hazır olduqlarını da bəyan edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv