Xudat şəhərində Heydər Əliyev adına park əsaslı təmir edilir

Xudat şəhərində Heydər Əliyev adına park əsaslı təmir edilir






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Hakim, #Heydər Əliyev, #İlham Əliyev, #Mehriban Əliyeva, #Sağlam həyat tərzi, #Xaçmaz Rayon İcra Hakimiyyəti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xaçmazın Xudat şəhərində Heydər Əliyev adına park əsaslı təmir edilir.

presstvaz-ın məlumatına görə, Xudat şəhərində əhalinin istirahəti və sağlam həyat tərzinin formalaşdırılması üçün müvafiq şəraitin yaradılması məqsədilə istirahət parkları yenilənir, küçələr asfaltlanır, piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün səkilər təmir olunur. Son dövrlər şəhərin küçə və məhəllələrində mütəmadi aparılan abadlıq işləri ətraf ərazinin estetik görünüşünün xeyli dərəcədə yaxşılaşmasına səbəb olub.

Yenidənqurma işləri Heydər Əliyev adına parkda davam etdirilir. Hazırda parkın ərazisinə tamet döşənir. Görülən işlər çərçivəsində yeni ağac və gül kolları əkiləcək, oturacaqlar qoyulacaq, müasir işıqlandırma sistemi yaradılacaq, mövcud fəvvarə yenilənəcək.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev istirahət parkında görülən işlərlə tanış olub. İşlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün tapşırıqlarını verib.

Elnur Rzayev sakinlərlə həmsöhbət olub, müraciət və təkliflərini dinləyib.

Sakinlər son illər Xudat şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv