Qaxda kabusa çevrilən fındıq mövsümü: Təsərrüfat sahibləri indi nə etməlidirlər?

Qaxda kabusa çevrilən fındıq mövsümü: Təsərrüfat sahibləri indi nə etməlidirlər?






presstv

"Presstv"az #Audi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qaxın bir sıra kəndlərində təsərrüfatın əksər hissəsini fındıqçılıq təşkil edir. Bu sahə əhalinin əsas məşğuliyyət sahəsi və gəlir mənbəyi hesab olunur.

Turaclı kənd sakinlərinin sözlərinə görə, bu il məhsuldarlıq xeyli aşağı düşüb.

“Aylarla gözləyirik ki, fındıq mövsümü başlayacaq, ehtiyaclarımızı qarşılaya biləcəyik. Ancaq bu il əvvəlki illərlə müqayisədə məhsuldarlıq çox aşağıdır. Hazırda bağımda 120 ağac var. Normalda buradan 2-2,5 ton fındıq yığılmalı idi. Lakin ildən-ilə məhsuldarlıq zəifləyir. 3-4 il əvvəl 700 kiloqram, ondan sonra 500 kiloqram, ötən il isə 430 kiloqram məhsul götürmüşdüm. Bu il isə ən yaxşı halda 300 kiloqram ola bilər. Havanın kəskin dəyişməsi, qışda sərt soyuqların, yazda isə ayazın təsiri məhsuldarlığı xeyli aşağı salıb”, – təsərrüfat sahibi söyləyib.

Aqrar Sığorta Fondundan bildirilib ki, təsərrüfat sahibləri müəyyən risklərə görə fındıq bağlarını vaxtında sığorta etdirərək dövlətdən sığorta ödənişi ala bilərlər.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv