Tullantı sularını düzgün idarə etməyənlər 12 500 manatadək CƏRİMƏLƏNƏCƏKLƏR

Tullantı sularını düzgün idarə etməyənlər 12 500 manatadək CƏRİMƏLƏNƏCƏKLƏR






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA), #Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, #İnzibati Xətalar Məcəlləsi, #Nazirlər Kabineti, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Tullantı sularını düzgün idarə etməyənlər 12 500 manatadək cərimə olunacaqlar”.

presstvaz xəbər verir ki, bu barədə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) xəbərdarlıq yayıb.

Qeyd olunub ki, müəssisə və təşkilatların fəaliyyəti zamanı yaranan tullantı sular ətraf mühitə, xüsusilə də su və su təsərrüfatı obyektlərinə ciddi təsir göstərir.

“Bu səbəbdən də tullantı suların qanunvericiliklə müəyyən olunmuş qaydada düzgün idarə edilməsi, təmizlənməsi və digər məqsədlər üçün istifadə olunması istiqamətində cəmiyyətin maarifləndirilməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında SİMDNX-nin qarşıya qoyduğu hədəflərindəndir.

SİMDNX-dən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 295 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair Tələblər”ə əsasən, mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında formalaşan tullantı sular çirkab quyularından istifadə etməklə idarə olunmalıdır.

Çirkab quyularının divarları və dibi sukeçirməz olmalı, habelə həmin quyuların inşası kanalizasiya, xarici şəbəkə və qurğulara dair texniki normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirilməlidir.

Sənaye müəssisələri tərəfindən tullantı sularının düzgün idarə olunması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Onların fəaliyyəti nəticəsində yaranan tullantı sularının tərkibində ətraf mühit üçün zərərli olan maddələrin miqdarı daha yüksək olur. Bu məqsədlə çirkab su quyularının (şambolar) istifadə olunması ilə yanaşı müəssisə və təşkilatlar tərəfindən tullantı suları lokal təmizləyici qurğularda təmizləndikdən sonra kənarlaşdırıla bilər. Bu halda tullantı suların kənarlaşdırılacağı yer və tərkibindəki çirkləndirici maddələrin qatılıq həddi ADSEA ilə razılaşdırılmalıdır.

Nəzərinizə çatdırırıq ki, qeyd olunan tələblərə riayət edilməməsinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, vəzifəli şəxslər 4 000 manatadək, hüquqi şəxslər 12 500 manatadək məbləğdə cərimə edilirlər. Həmçinin müəssisə və təşkilatlar tərəfindən su mənbələrinin əhəmiyyətli dərəcədə çirkləndirilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, cinayət məsuliyyəti yaradır.

Suların istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə riayət edilməməsi qlobal iqlim dəyişikliyi və regionumuzda müşahidə olunan su qıtlığı şəraitində daha da təhlükəli nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən də tullantı sularının təmizlənməsi təkcə hüquqi yox, həm də mənəvi öhdəlikdir”, – deyə məlumatda bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv