ABŞ-də dalğıclar 55 il əvvəl itkin düşən cütlüyü axtararkən çayda 100 avtomobil tapdılar

ABŞ-də dalğıclar 55 il əvvəl itkin düşən cütlüyü axtararkən çayda 100 avtomobil tapdılar






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avto, #avtomobillər, #çayda, #Cinayət işi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Çikaqo şəhərində (İllinoys ştatı) dalğıc qrupu 55 il əvvəl itkin düşən ər-arvad cütlüyünü axtararkən çaya batmış 100-ə yaxın avtomobil tapıb.

presstvaz “New York Post”a istinadən xəbər verir ki, avtomobillərin əksəriyyəti qalaqlar halında yığılıb – hər bir qalaqda 12-dən 19-a qədər maşın olub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, ər-arvad Edvard və Stefaniya Endrüs 1970-ci il mayın 15-də yoxa çıxıblar. Onlar 1969-cu il istehsalı olan “Oldsmobile 442” avtomobili ilə Çikaqodakı hotellərdən birində qonaqlıqdan gələrkən və heç bir iz qoymadan yoxa çıxıblar.

70-ci illərdə onları tapa bilməyiblər və 1994-cü ildə axtarışlar yenidən başlanılıb, lakin nəticə verməyib. 2025-ci ildə hüquq-mühafizə orqanlarının əməkdaşları bu işə yenidən başlamaq qərarına gəliblər. Lakin dalğıclar ər-arvadın avtomobilini çayda tapmasalar da, üstü açılmamış 20 digər cinayət işi üzrə məlumat toplamaqda təhlükəsizlik qüvvələrinə kömək ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv