Göyçayın Çayarxı kəndində stadion qalmaqalı – Kənd rəsmisindən CAVAB

Göyçayın Çayarxı kəndində stadion qalmaqalı – Kənd rəsmisindən CAVAB






presstv

"Presstv"az #Audi, #Bələdiyyə, #Futbol, #Göyçay rayonu, #Hadisə, #İdman

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Göyçay rayonunun Çayarxı kəndində illərlə kənd gənclərinin idmanla məşğul olması üçün ayrılmış futbol meydançası ətrafında qalmaqallı hadisə yaşanıb.

presstvaz xəbər verir ki, yerli sakinlərin iddialarına görə, kəndin sabiq Bələdiyyə sədri futbol meydançasını qanunsuz yollarla, müxtəlif saxta sənədlər əsasında rayonda fəaliyyət göstərən “KARVANSARAY” restoranının sahibi – Zamanov Raqif Gülməmməd oğluna satıb.

Futbol meydançası daş-qaş mədəninə çevrilib.

Əldə edilən məlumata görə, futbol meydançasını ələ keçirən iş adamı ərazidə qanunsuz qazıntılar aparır. Buradan çıxarılan çay daşları və çınqıl isə müxtəlif alıcılara satılır.

Məsələ ilə bağlı Çayarxı kəndinin hazırkı Bələdiyyə sədri Nuriyev Əhməd presstvaz-a açıqlamasında bildirib ki, məsələ keçmiş Bələdiyyə sədrinə məxsusdur.

“Mən altı aydır Çayarxı, Qarabaqqal kəndlərinin Bələdiyyə sədri kimi çalışıram. Hazırda biz Çayarxı kəndinin tam mərkəzində yeni stadionun tikintisinə başlamışıq. Hətta kəndə yaxın ərazidə Olimpiya İdman Kompleksi fəaliyyət göstərir ki, kəndin camaatı da orada futbol oynayırlar. Amma, biz buna baxmayaraq yenə də kəndin mərkəzində yeni stadionun tikinti işlərinə başlamışıq. Qeyd olunan məsələ isə keçmiş Bələdiyyə sədri ilə əlaqədar ola bilər. Bu hadisə 2013-cü ildə baş verib və indi yəqin ki tərəflər arasında hansısa qarşıdurma olduğu üçün məsələ gündəmə gəlib”, – deyə N.Əhməd bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv