Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ – VİDEO

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ – VİDEO






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Dollar, #Qızılın qiyməti, #Suriya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir çox ölkələrdə qızıl satıcıları son dövrlərdə bazarda artan və xalq arasında “Suriya qızılı” kimi tanınan qızıllarla bağlı alıcılara xəbərdarlıq ediblər.

Buna səbəb isə həmin qızılın əyarına edilən müdaxilədir. Məlumata görə, normal şəraitdə rəsmi zərbxana tərəfindən buraxılan Suriya qızılı 22 əyarda bazara çıxarılır. Lakin qaçaq yollarla bazara daxil edilən və ya qeyri-qanuni sexlərdə istehsal olunan Suriya qızıllarında əyar 18, 14, hətta 8-ə qədər endirilir.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki,xarici görünüşcə zərbxana qızılları ilə eyni olan bu saxta məhsulları ayırd etmək isə demək olar ki, mümkünsüzdür. Bəs Azərbaycanda qızıl bazarında vəziyyət necədir? Suriya qızılı satılırmı?

Zərgərlər Assosasiyasının sədr müavini Rövşən Əmircanov deyir ki, idxal olunan qızıl məmulatlarında belə problemlərə az rast gəlinir.

Onun sözlərinə görə, saxtakarlıq kimi problemlər əsasən qızıl və ya gümüşdə yox, qiymətli daşlarda müşahidə olunur.

Rövşən Əmircanov bildirib ki, vətəndaşlar qiymətli daşlarda olduğu kimi, digər zərgəlik məhsullarını da alarkən mütləq mənşə və keyfiyyət sertifikatı tələb etməlidirlər.

Daha ətraflı videomaterialı təqdim edirik.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv