“Game of Thrones”un aktyoru “Comic Con Baku 2025″ə gələcək

“Game of Thrones”un aktyoru “Comic Con Baku 2025″ə gələcək






presstv

"Presstv"az #Aktyor, #Audi, #Avto, #Azərbaycan, #Bakı, #kompüter oyunları

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünyanın ən böyük pop-mədəniyyət təcrübəsi ilk dəfə Azərbaycanda: “Comic Con Baku 2025”.

presstvaz xəbər verir ki, Azərbaycan tarixində ilk dəfə dünyaca məşhur “Comic Con” festivalı Bakı Konqres Mərkəzində baş tutacaq. “Comic Con” bütün dünyada milyonlarla fanatı bir araya gətirir və komiks, anime, kino, oyunlar, kospley və Asiya mədəniyyətinin sehrini bir yerdə yaşamağa imkan verir. İndi bu fenomen Azərbaycanda sizi gözləyir! Biletlər artıq satışdadır, onları rəsmi sayt və “iTicket” kassalarından əldə edə bilərsiniz.

Festivalın baş ulduzu – “Game of Thrones” və “Doctor Who” kimi dünya üzrə milyonlarla fanatı olan məşhur franşizalarda rol almış Ross Mullandır. Onun canlandırdığı ikon obrazlar sayəsində tamaşaçılar bu məşhur franşizaların sehrini birbaşa yaşaya biləcəklər. Foto və avtoqraf sessiyalarında onunla bir anı paylaşmaq fürsətini qaçırmayın!

Festivalda, həmçinin digər xarici qonaqlar da iştirak edəcəklər.

Festivalda sizi nələr gözləyir?

Baş ulduz və qonaqlarla tanışlıq, foto və avtoqraf imkanı, yerli bloqerlər, aktyorlar və rəssamlarla ünsiyyət, kospley şoular və K-pop rəqs müsabiqəsi, həvəskar kospley müsabiqəsində iştirak, “Yaradıcı Gənclər Forumu 2025”, VR, konsol, stolüstü və kompüter oyunları, fandom məhsulları yarmarkası və s.

VIP biletlər: öncədən giriş, ön sıralar, baş ulduzla yalnız VIP-lərə özəl görüş və avtoqraf sessiyası, eksklüziv “merch” və forum üçün prioritet giriş.

Kospleyinizi hazırlayın, dostlarınızı çağırın və ilin ən böyük pop-mədəniyyət festivalına – “Comic Con Baku 2025″ə qatılın!

Biletlər məhduddur – fürsəti qaçırmayın!

Qeyd edək ki, tədbirin media partnyorları presstvaz, Baku.ws və Baku TV-dir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv