Gədəbəydə müəllim rəhbərlik tərəfindən təzyiqlərə məruz qaldığını iddia edir

Gədəbəydə müəllim rəhbərlik tərəfindən təzyiqlərə məruz qaldığını iddia edir






presstv

"Presstv"az #Audi, #Qazax, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gədəbəy Uşaq İncəsənət Məktəbinin müəllimi Əfsanə Məmmədzadə rəhbərlik tərəfindən psixoloji təzyiqə məruz qaldığını iddia edir.

presstvaz Bakupost.az-a istinadən xəbər verir ki, o, sosial şəbəkədə bununla bağlı video müraciət paylaşıb. Müəllimin iddiasına görə, məktəbin direktoru vəzifəsini icra edən Aqil Məmmədova rüşvət vermədiyi üçün dəfələrlə işdən çıxarılmaqla hədələnib, qeyri-etik davranışlarla qarşılaşıb:

“Artıq 3 ildir ki, məktəbin direktoru vəzifəsini icra edən Aqil Məmmədov tərəfindən psixoloji təzyiqlərə, əsassız ittiham və böhtanlara məruz qalıram. Rüşvət ödəmədiyim üçün dəfələrlə işdən çıxarılmaqla hədələnir və qeyri-etik davranışlarla qarşılaşıram. Bu məsələ ilə bağlı dəfələrlə Mədəniyyət Nazirliyi və digər hüquq-mühafizə orqanlarına müraciət etsəm də, nəticəsiz qalıb. Hər kəsə məlum olan Qazax-Tovuz Regional Mədəniyyət İdarəsində məsələ ört-basdır edilir. Bununla bağlı sübutlarım da var”.

Mədəniyyət Nazirliyinin məsələ ilə bağlı mövqeyi isə fərqlidir. Qurumdan bildirilib ki, müəllimin müraciəti araşdırılıb:

“Əfsanə Məmmədzadə tərəfindən edilən müraciətə aidiyyəti üzrə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsində baxılıb. 26 dekabr 2024-cü il tarixində idarənin monitorinq komissiyası tərəfindən aparılmış yoxlama zamanı əməkdaşın bəzi qayda pozuntuları qeydə alınıb və mövcud qaydalara uyğun olaraq intizam tədbiri tətbiq edilib.

Diqqətinizə çatdırırıq ki, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərində mütəmadi monitorinqlər keçirilir və aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv